22.06.2023, 06:50 - Baxış sayı: 174

Gənc alim Günel Məlikli “Milli-mədəni dəyərlərin qorunmasında Heydər Əliyev siyasəti” mövzusunda çıxış edib


Gənc alim Günel Məlikli “Milli-mədəni dəyərlərin qorunmasında Heydər Əliyev siyasəti” mövzusunda çıxış edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderə həsr olunmuş “Heydər Əliyev və mədəniyyət siyasəti” beynəlxalq elmi-nəzəri konfransında “Milli-mədəni dəyərlərin qorunmasında Heydər Əliyev siyasəti” mövzusunda çıxış edib. G.Məlikli çıxışında dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan milli mənəviyyatını qışdan bahara çıxartdı. Dahi şəxsiyyət Heydər Əliyevin belə bir müdrik kəlamı var: “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”. Ümummilli liderimiz hələ uşaqlıq illərində incəsənətə, teatr və musiqiyə, rəssamlığa həvəs göstərib, məktəbdə oxuyarkən dram dərnəyində iştirak edib. Eyni zamanda memarlıq ixtisası üzrə ali məktəbdə oxuyubdur. Ulu öndər Heydər Əliyev xalqımızın nəcib arzu və əməllərinin timsalı olan möhtəşəm imarətin, müstəqil milli dövlətimizin memarı, yaradıcısı kimi tarixə adını əbədi yazdırmışdır. Ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdən etibarən mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıdıb. Heydər Əliyevin böyük tarixi xidmətlərindən biri də keçən əsrin 30-cu illərində repressiyaya uğramış latın qrafikasının bərpa edilməsindən ibarət olmuşdur. Bu milli qan yaddaşına, milli varlığa qayıdışdır. Bu gün Heydər Əliyev yolu, strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən şərəf və ləyaqətlə davam etdirilir. 2023-cü il həmdə ölkəmizin ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 ili tamam oldu. Hazırda universitetin yerləşdiyi bu bina da Ümummilli liderimiz Heydər Əliyevin birbaşa göstərişi ilə verilib – deyə vurğulamışdır.