31.05.2023, 09:53 - Baxış sayı: 180

“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib


“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirildi. Hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Pakistan arasında çoxşaxəli münasibətlərdən söz açdı. Tarixən iki ölkənin bir-birinə sıx dostluq əlaqələri ilə bağlı olduğunu, bu əlaqələrin daha da güclənməsində iki ölkə arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd etdi.
Bu əlaqələrin bu gün də siyasi, iqdisadi, mədəni və digər sahələrdə yüksələn xətlə davam etdiyini və bir çox beynəlxalq arenada da eyni maraqlardan çıxış edərək bir-birini dəstəklədiyini bildirdi.
Akademik qeyd edib ki, ölkəmizdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərini ifadə edən tədbirlər həyata keçirilir ki, bunun da əsas məqsədi iki qardaş ölkənin bir-birinə bağlılığını, xalqlar arasında münasibətləri möhkəmləndirmək olduğunu vurğulayıb: “Bundan başqa, müstəqilliyimizin hər mərhələlərində Pakistan dövləti hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olmuş, Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğal olunması faktını beynəlxalq arenada dəfələrlə pisləmiş, açıq şəkildə Azərbaycanın mənafeyini dəstəkləmişdir. Bundan sonra da Azərbaycan-Pakistan münasibətləri uğurla davam etdirilib, dostluq münasibətləri daha da möhkəmlənəcəkdir”.
Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə Azərbaycan-Pakistan əlaqələrindən, bu inkişaf sayəsinə xalqların daha da yaxınlaşmasından danışaraq, onun iqdisasi-siyasi əhəmiyyətini təhlil etdi. Professor həmçinin hər iki dövlətin elm və təhsil sahələrində də əməkdaşlıq imkanlarının reallaşması əlaqələrin inkişaf prosesini daha da gücləndirən amillərdən biridir - deyə, qeyd edib.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, Eynulla Mədətli “Heydər Əliyevin Şərq siyasətində Pakistan” mövzusunda məruzə ilə çıxış etdi. E.Mədətli məruzəsində “Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilibHeydər Əliyevin gördüyü işlərdən, Pakistana etdiyi səfərlərdən, göstərilən dostluq münasibətlərindən söz açdı: “Azərbaycan Respublikasının xarici siyasətində Türkiyə Cümhuriyyəti kimi Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik günümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 12 dekabr 1991-ci ildə tanıyaraq bu addımı atan ilk dövlətlər sırasındadır. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci il tarixində yaradılmış, 1993-cü il martın 12-də isə Pakistanın Azərbaycanda səfirliyi açılmışdır.”
Möhkəm və etibarlı təməli Prezident Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərini Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən diqqət mərkəzində tutaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün ardıcıl siyasət həyata keçirməyə başladı – deyə, Eynulla Mədətli qeyd edib.
Konfransda Pakistan Preston Universitetinin rektoru professor, dr. Əbdül Bəsit “Pakistan-Azərbaycan münasibətləri müasir geosiysi çağırışlar kontekstində”, Pakistan “Daily Ettehad” qəzetinin baş redaktoru, Pakistan Qəzet redaktorları Şurasının vitse-prezidenti Tahir Faruk “Heydər Əliyev və Məhəmməd Əli Cinnah – iki dahi Millət Atası”, Pakistan Sülh və Diplomatik Tədqiqatlar “Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilibİnstitutunun prerzidenti, dr. Farhad Asif “Prezident İlham Əliyev və Pakistan-Azərbaycan münasibətləri”, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Məhəmməd İqbalın fəlsəfəsinin ümumbəşəri mahiyyəti və həmrəyliyə çağırışları”, Fəlsəfə və Sosiologiya İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent İradə Zərqanayeva “Heydər Əliyev və Azərbaycan-Pakistan əlaqələri islam həmrəyliyi kontekstində” və Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin aparıcı elmi işçisi, s.ü.f.d., dosent Şahin Bağırov “Pakistan İslam Respublikası dünya siyasətində və Azərbaycan Respublikasına münasibət” mövzusunda məruzə ilə çıxış etdilər.
Konfrans sual və müzakirələrlə başa çatdı.
“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib
“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib
“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib
“Heydər Əliyev və Azərbaycan Pakistan münasibətləri” mövzusunda Respublika konfransı keçirilib