08.05.2023, 07:26 - Baxış sayı: 167

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir


“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdirAzərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” möv¬zu¬sunda formatda Beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək Ulu öndərin Azərbaycanın inkişafı və tərəqqisinə, xalqın rifahının yüksəlməsinə həsr olunmuş siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O, konfransın işinə 11 dövləti təmsil edən 27 təşkilatdan 58 iştirakçının qatıldığını bildirmişdir. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - baş elmi işçi,f.e.d, dosent Ziba Ağayeva, baş elmi işçi,f.e.d, dosent Lalə Mövsümova, aparıcı elmi işçi,f.f.d, dosent Ağasəlim Həsənov, aparıcı elmi işçi,f.f.d, dosent Şolət Zeynalov, aparıcı elmi işçi,f.f.d., dosent Zeynəddin Şabanov, elmi işçi İlham Soltanov məruzələrlə cıxış etmişlər. Məruzələrdə Ulu öndərin dəmir məntiqə əsaslanan siyasi kursu, düşünülmüş dövlətçilik fəlsəfəsi, demokratik və milli-mənəvi dəyərlərin qorunmasındakı təkrarolunmaz rolu, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yorulmaz mübarizəsi və qətiyyətli mövqeyi, azərbaycançılıq ideyasının geniş yayılmasındakı və ictimai həyat sahələrinin sistemli inkişafındakı misilsiz xidmətləri geniş təhlil edilmişdir. Sonra konfrans ayrı-ayrı panellərdə öz işini davam etdirmişdir. Konfransın sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir