08.05.2023, 07:23 - Baxış sayı: 137

Azərbaycanlı alimlər 9-cu Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında çıxış ediblər


Azərbaycanlı alimlər 9-cu Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında çıxış ediblərAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun multikulturalizm və tolerantliq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, şöbənin əməkdaşları - fəlsəfə elmləri doktoru, professor Əyyub Kərimov, fəlsəfə doktoru Hüseyn İbrahimov, habelə Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli və başqaları ECLSS.org beynəlxalq konfrans təşkilatının Şimali Kipr Türk Cümhuriyyətinin Bilgi Universitetinin ev sahibliyi ilə keçirilən 9-cu Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında iştirak ediblər.
20 ölkənin 70-dən çox universitetindən 165 alim və doktorantın onlayn və əyani iştirak etdiyi konfransda fəlsəfə elmləri doktoru Xatirə Quliyeva “Ulu Öndər Heydər Əliyevin dünyagörüşü”, professor Əyyub Kərimov “Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətinin əsas xüsusiyyətləri”, professor Sevinc Abbasova “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının hüquq qanunvericiliyində qadın siyasəti”, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Çoxqütblü dünyada yeni güc mərkəzlərindən biri kimi Türk Dövlətləri Təşkilatı: problemlər və həll yolları” mövzularında məruzələrlə çıxış ediblər. Alimlərimizin məruzələri Bilgi Universitetinin İdarə Heyətinin sədri Salman Aslandaş, prorektor Mesut Yalvac, ECLSS.org qurucusu professor Hasan Karacan və müəllim-tələbə kollektivi tərəfindən maraqla qarşılanıb. Onlara sertifikat verilib.
Şimali Kipr Türk Cümhuriyyətinə səfər çərçivəsində alimlərimizin Baş nazir Ünal Üstün, təhsil naziri Nazim Çavuşoğlu və digər rəsmilərlə görüşü təşkil edilib.
Azərbaycanlı alimlər 9-cu Beynəlxalq İqtisadiyyat və Sosial Elmlər Konfransında çıxış ediblər
azertag.az