12.04.2023, 14:53 - Baxış sayı: 183

Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçıların görüşü keçirilib


Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçıların görüşü keçirilib12 aprel 2023-cü il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçıların görüşü keçirilib.
Görüşü Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq institutun gənc tədqiqatçıları ilə fikir mübadiləsi aparıb.
Görüşün əsas məqsədi fəlsəfə və sosiologiyanın müasir problemlərinə toxunmaq, onların bir-biri ilə və digər elmlərlə qarşılıqlı və sıx əlaqəsini tədqiq etmək və bu sahədə gənc tədqiqatçıların üzərinə düşən əsas vəzifələrdən, habelə sanballı elmi tədqiqatlar aparmağın zəruruliyindən, gənc alimlərin sosioloji və fəlsəfi tədqiqatlarının müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir. Bu baxımdan görüşdə həmçinin gənc tədqiqatçıların elmi fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə bundan sonra mütəmadi olaraq elmi seminarların və tədbirlərin keçirilməsi qərara alınmışdır.
Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçıların görüşü keçirilibDaha sonra görüşdə iştirak edən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova gənc alimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı təklifləri diqqətə çatdırmış, onları maraqlandıran sualları cavablandırmışdır.
Qarşılıqlı dialoq və müzakirə şəklində keçən görüşün sonunda professor İlham Məmmədzadə gənc tədqiqatçılara öz tövsiyələrini bildirmiş və belə görüşlərin mütəmadi keçiriləcəyinin müsbət nəticələr əldə ediləcəyini vurğulamışdır.