03.04.2023, 05:41 - Baxış sayı: 134

Sabunçu rayonunda "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilmişdir


Sabunçu rayonunda "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilmişdirYAP Sabunçu rayon təşkilatında “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilmişdir. Konfransa rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının rəhbərliyi, respublika ziyalıları, AMEA-nın alimləri, rayon ictimaiyyəti və pedaqoji təşkilatların kollektivləri qatılıblar. Konfransda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent YAP Fəlsəfə və Sosiologiya İnstitutu ərazi təşkilatının sədri Sənan Həsənov və f.ü.f.d., dosent Fikrət Nəbiyev iştirak ediblər. Tədbirdə S.Həsənov “Azərbaycançılıq ideologiyasının mütərəqqi prinsipləri siyasət və zaman kontekstində” mövzusunda çıxış etmişdir. Konfrans istirakçıları həmçinin yazıçı Sadıx Qarayevin əsərlərində azərbaycançılıq motivlərinin ictimai şüura təsirinə dair fikirlərini bölüşüblər.
Sabunçu rayonunda "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilmişdir