30.03.2023, 10:25 - Baxış sayı: 163

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi beynəlxalq elmi konfransda çıxış etmişdir

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi beynəlxalq elmi konfransda çıxış etmişdirMartın 28-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsinin elmi işçisi Alidə Zeynalova və şöbənin müdiri Məhəmməd Cəbrayılov ilə birgə həmmüəllif olduqları ““Texnoloji determinizmidən” “texnoloji imperializmə” doğru” mövzusunda Almaniyanın Frankfurt şəhərində keçirilən onlayn VII-INTERNATIONAL EUROPEAN CONFERENCE ON INTERDISCIPLINARY SCIENTIFIC RESEARCH konfransda çıxış etmişdir.
Konfransın əsas vəzifəsi filosoflara, sosioloqlara, antropoloqlara, kulturoloqlara, din alimlərinə, psixoloqlara, media və informasiya kommunikasiyaları, tibb və bioetikanın humanitar əsasları sahələrində mütəxəssislərə müasir cəmiyyətlərin sivilizasiya, mədəni, dini, etik, təhsil, informasiya – texnoloji və kommunikasiya transformasiyalarının kəsişməsində yerləşən müasir insanın problemlərinə hərtərəfli və mübahisəli baxılması üçün praktik imkan yaratmaqdır.
Konfransda çıxışlar maraqlı və qarşılıqlı diskussiya formatında keçmiş və konfrans iştirakçıları beynəlxalq elmi sertifikatlarla təltif olunmuşlar.