20.02.2023, 07:08 - Baxış sayı: 175

“Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir


“Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdirBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Sosial psixologiya” şöbəsində elmi seminar keçirilmişdir. Seminarda şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Prezident İlham Əliyevin lider portreti” adlı məruzə ilə çıxış edərək, ümumiyyətlə lider fenomeninin psixoloji portretini açıqlamış, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi fəaliyyətindəki psixoloji məqamlara toxunmuşdur. Məruzəçi qeyd etmişdir ki, müdrik rəhbərliyi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək BMT-nin 4 qətnaməsinin icrasını həyata keçirən, Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin edən Prezident İlham Əliyevin yürütdüyü siyasət beynəlxalq miqyasda ehtiramla qarşılanır və bu siyasət ölkənin beynəlxalq nüfuzunun günü-gündən artmasına səbəb olacaqdır.
Şöbənin elmi işçiləri Tünzalə Musayeva, Xalidə Xəlilova digər məruzələrlə çıxış etmişlər.