15.02.2023, 11:26 - Baxış sayı: 441

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilmişdir


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində  seminar keçirilmişdirBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində seminar keçirilmişdir. Seminarda şöbənin dissertantı Leyla Zeynalova “Hibrid müharibələr” mövzusunda məruzə etmişdir.
L.Zeynalova məzurəsində son illərdə “hibrid müharibə” termini fəal siyasi mühitdə çox istifadə olunduğunu deyib: “Bu anlayışın hüquqi aspektləri kifayət qədər araşdırılmayıb. “Hibrid müharibə” təhlükəli vəziyyətlərdə dövlətlərin informasiya sahəsindəki siyasi tendensiyaların davamını əks etdirən, aydın hüquqi məzmuna malik olmayan hərbi-güc terminologiyası kimi təqdim olunur. Hibrid müharibə - təcavüzkarın klassik hərbi müdaxiləyə müraciət etmədiyi, ancaq gizli əməliyyatla, kiberhücumlar kombinasiyasından istifadə edərək düşmən bölgəsində fəaliyyət göstərən üsyançılara dəstək verən müharibə növüdür. Bu müharibənin terror vasitəsilə aparılması metodudur”.
Seminarda şöbə əməkdaşları Lalə Mövsümova (sədr), Şahin Bağırov, Davud Həşimov, Zaur Əliyev, Təzəgül Qasımova, Oktay Rzayev, Sevinc Quliyeva, Nailə Əlicanova, Şəfa Əsgərova, Günay Cabarova iştirak ediblər.