15.02.2023, 06:43 - Baxış sayı: 317

Azərbaycan - Türkiyə qardaşlığı əbədidir


Sənan Həsənov
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
üzrə ərazi partiya təşkilatının sədri


Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələnin aradan qaldırılması ilə bağlı Azərbaycan dövlətinin və xalqımızın yardım aksiyası hadisənin ilk günündən ümumxalq işinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əiyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana bu təbii fəlakətlə bağlı göndərdiyi başsağlığı məktubunda dərin kədər, çox böyük sarsıntı və iki qardaş xalqın birlikdə yaşadığı acının ifadəsi öz əksini tapmışdır. Bu gün bütün dünyaya məlumdur ki, hər iki qardaş xalqın sevinci və kədəri birdir. Artıq hər kəsə məlumdur ki, bu birlik hər bir çətinliyin, ağır durumun qarşısını ala biləcək qüdrətə malikdir. Münasibətlərin strategiyası göstərdi ki, dövlət başcılarının qarşılıqlı münasibətləri, xalqlarımızın soykökünün və tarixin çətin zamanlarındakı birliyinin möhkəm ideoloji bazasını ifadə etmişdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” tezisi əbədi qardaşlığımızın düsturu olaraq hər birimizin qarşısına mühüm vəzifələri müəyyənləşdirib. Bütün bunlar zəlzələnin baş verməsindın sonra Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana etdiyi telefon zəngi zamanı bir daha ifadə olundu, Türkiyənin tək olmadığı Azərbaycanın onun yanında hər zaman olduğu və olacağını diqqətə çatdırdı.
Bu gün baş vermiş təbii fəlakətin miqyasının daha böyük olması ümumxalq səfərbərliyinin möhtəşəm izdihamını diqqətə gətirmişdir. Bu umumxalq sevgisi xalqımızın daxilindən gələn cox böyük sevginin dəstəyin təzahürüdür. Hər bir Azərbaycan vətəndaşı bu fəlakətin qarşısının alınmasında var gücü ilə özünün köməyini dəstəyini göstərməkdədəir. Prezident İlham Əliyevin Bakıda Türkiyə səfriliyinə gələrək qardaş Türkiyə xalqına verdiyi başsaglığının mahiyyəti onu deməyə əsas verir ki, hər iki qardaş xalqın birliyi əbədidir, sarsılmazdır. Bu birlik həm də müdrik siyasi liderlərimizin xalqlarımızın möhtəşəm inkisafına və qüdrətli gələcəyinə verdiyi əvəzsiz töhfədir. Qardaş türkiyə xalqının bu çətin günündə dünyanın Azərbaycan xalqının səfərbərliyinə şahidlik etməsi isə siyasi baxımdan dünya ictimiyyatına bir çox məqamların mahiyyətini açmışdır.
Yaşasın Azərbaycan –Türkiyə qardaşlığı...!
Tanrıdan həlak olanlara rəhmət diləyirik...!.
Tanrı Türkü Qorusun...!


"Sesqazeti.az"