08.02.2023, 09:30 - Baxış sayı: 229

Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib


Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri Asya Əhmədova çıxış edərək İnstitutun Həmkarlar İttifaqının fəaliyyətindən yaranma tarixindən, son altı ildə görülən işlərdən, xüsusən Şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışdı. Həmçinin qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verdi.
F.f.d.,dosent Zeynəddin Şabanov “Sosial əmək münasibətlərinin tənzimlənməsində Həmkarlar İttifaqlarının rolu” mövzusunda çıxış etdi. O, çıxışında Həmkarlar İttifaqının keçdiyi tarixi mərhələlərdən, inkişaf yollarından, cəmiyyətdə insanların sosial təminatının yaxşılaşmasındakı sosial lift roluna və vəzifələrinə toxundu. Həmkarlar İttifaqının əsas məqsədlərindən birinin insan həyatının rifahlaşdırılması, insanların sosial həyatının, iş saatlarının tənzimlənməsi olduğunu vurğuladı.
Sonra tədbir iştirakçıları mövzu ilə bağlı müzakirə apararaq, fikirlərini bölüşdülər.
Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib
Həmkarlar İttifaqları Konfederasiyasının təsis edilməsinin 30 illik yubileyi ilə bağlı tədbir keçirilib