08.02.2023, 07:31 - Baxış sayı: 162

Hafizə İmanova Hindistanda elmi təlim-tədqiqat kursu keçib və Beynəlxalq Elmi konfransda iştirak edib


Hafizə İmanova Hindistanda elmi təlim-tədqiqat kursu keçib və Beynəlxalq Elmi konfransda iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitunun "Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası" şöbəsinin elmi işçisi İmanova Hafizə 4-31 yanvar 2023-cü il tarixlərində Hindistanın Dehli şəhərində yerləşən Milli Əmək İqtisadi Araşdırmalar və İnkişaf İnstitutunda (National İnstitute of Labour Economics Research and Development) "Dayanıqlı inkişaf hədəfləri: kompleks yanaşma" (Sustainable Development Goals: İntegrated Approach) mövzusunda elmi təlim-tədqiqat kursu keçmiş və beynəlxalq sertifikatla təltif edilmişdir. Hafizə İmanova Dehlidə keçirilən elmi təlim-tədqiqat kursu müddətində Azərbaycanda dayanıqlı inkişaf hədəfləri üzrə aparılan işlər, eyni zamanda Qarabağda həyata keçirilən yenidənqurma işləri, qilim dəyişmələrinin təsirlərinə qarşı aparılan tədbirlər (Smart city, smart villages layihələri) barədə çıxışlar etmişdir. O, Dehlidə yerləşən Ekologiya Nazirliyində, Tullantıların idarəedilməsi mərkəzində, eyni zamanda Birləşmiş Millətlərin Ofisində Dayanıqlı İnkişaf Hədəfləri üzrə keçirilən konfrans və görüşlərdə iştirak etmişdir.
Hafizə İmanova bundan başqa 16-18 yanvar 2023-cü il tarixlərində Hindistanın Caypur şəhərində Caypur İdarəetmə İnstitutunda (Jaipuria İnstitute of Management) Dayanıqlı inkişaf hədəfləri proqramı üzrə Beynəlxalq Elmi konfransda iştirak etmiş və sertifikatla təltif edilmişdir.
Hafizə İmanova Hindistanda elmi təlim-tədqiqat kursu keçib və Beynəlxalq Elmi konfransda iştirak edib
Hafizə İmanova Hindistanda elmi təlim-tədqiqat kursu keçib və Beynəlxalq Elmi konfransda iştirak edib