17.06.2022, 10:35 - Baxış sayı: 311

"Milli Qurtuluş Günü" bizi ilk növbədə lidersizlik buxovundan xilas etdi


Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Xalqın tarixi taleyinin xilası haqqında düşünərkən aydın olur ki, Milli Qurtuluş tarxinin miqyası, bu tarixlə nəyə nail olmağımızın nəticələrindədir. O bütün tarixi zamanlarda müzakirə ediləcək, öyrəniləcək... Biz nədən xilas olduq. Siyasi elm sübut edir ki, siyasi səriştəsizlik mərkəzi hakimiyyəti laxladır, xaos, parcalanma mərkəzdənqaçma aktivləşir. Dövlət aparatı öz funksiyasını yerinə yetirə bilmir. Onun xarici yaxud daxili səbəbləri vardır. Çoxlu xalqların həyatında xilaskarlığın mahiyyətinin izahı var. Bu məqamda müdrik şəxsiyyətləri olmayan xalqların taleyi yalnız məhv olmaqla üzləşir. Bugünkü mütərəqqi ideologiya sübut edir ki, “Milli Qurtuluş günü” bizi, ilk növbədə, lidersizlik buxovundan xilas etdi. Mütəşəkkil, sarsılmaz birlik, milli özünüdərk üçün, ilk nöbədə, müdrik siyasi lider olmalıdır. Lidersizliyin 1993-cü ilədək yaratdığı fəsadlar isə tariximizin acı səhifələrinə çevrildi. Bu mərhələdə Ulu Öndər Heydər Əliyevin siyasi xarizması xilaskarlığın ən mühüm və ən vacib amili kimi xilaskarlığımızın başlanğıcını qoydu.
Növbəti mərhələ hamımıza aydın etdi ki, təkcə problem daxildəki qrupları zərərsizləşdirib mərkəzi dövlət aparatı yaratmaq deyil. Azərbaycan həm də ərazi bütövlüyünü itirib. Siyasi səriştəsizlərin günahı ucbatından xalqı həm də düşüdüyü bu ümummilli bəladan xilas etmək lazımdır. Büdcə dağılıb, bütün qonşu dövlətlər və dünya ilə münasibətlər pozulub. Türkiyədən başqa. Xilaskarlığın növbəti daha çətin və məsuliyyətli mərhələsi önə çıxdı. Bu mühüm tarixi mərhələdə Ulu Öndər Heydər Əliyev “Əsrin Müqaviləsi”ni reallaşdırmaqla böyük qələbəyə nail oldu. Bu addım dövlətciliyin hüquqi, siyasi mədəni dayaqlarının möhkəmləndirilməsi ilə eyni zamanda atıldı. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin daha bir xilaskarlıq mərhələsinin əsası qoyuldu. Ona qarşı çıxanların fikirləri Ulu Öndər Heydər Əliyev müdrikliyinin qarşısını ala bilmədi. Dünyanı Azərbaycana gətirdi, narahat regionda dünyanı sabitliyin bərqərar olacağına inandırdı, Xəzərin statusunda diplomatik qələbəyə və atəşkəsə nail oldu, uğurlu islahatlara başlamaqla dövlətciliyin möhkəm təməlini yaratdı.
Möhkəm dövlətcilik təməlinin davamlılığı üçün siyasi varis Azərbaycanı bütün təsirlərdən qorumalı və daha sürətli inkişafı təmin etməli idi. Dahi siyasi xadim bu mərhələdə layiqli siyasi varisliyi təmin etməklə xilaskarlığın növbəti mərhələsini tamlaşdırdı. Bütün dövlət cevrilişlərinin qarşsı alındı, dünyadakı informasiya buxovları sındırılmağa başladı. Azərbaycan dünyaya açıldı və beynəlxalq tədbirlərin məkanına çevrildi. Qələbəyə addım addım yaxınlaşdıq. Əslində, bu prosesdə Prezident İlham Əliyev xalqı təkcə hərbi cəhətdən deyil, bütün cəbhədə Azərbaycanın haqq işi uğrunda mübarizəyə hazırlamağa nail oldu. Ulu Öndər Heydər Əliyevin xilaskarlığının davamını tamamlayan siyasi varisliyin mahiyyəti budur. Digər ölkələrdə tez tez baş verən hakimiyyət dəyişikliyinin mənfi nəticələri bizə daha aydın edir ki, Heydər Əliyev siyasi epoxası sabitliyin, inkişafın, qələbənin əsasını qoyub. Mütərəqqi ideologiyanın güclü dövlətcilik naminə tətbiqini reallaşdırıb. Vətən müharibəsinin uğurlu nəticəsi, xalq-lider birliyinin sarsılmazlığı xilaskarlığın daha mühüm mərhələsi kimi “Şuşa Bəyənnaməsində” öz təsdiqini tapdı. Tarixi ideoloji mahiyyət baxımdan Azərbaycana uzanan qara əllərin qarşısına sədd çəkildi. Odur ki, “Milli Qurtuluş günü” ilə əsası qoyulan xilaskarlıq tariximizin çox böyük elmi əsasları vardır. O elə bir tarixdir ki, millətin kimliyini təsdiq edib və tamlaşdırıb, xalqın qəlbəsini təmin edib....

sia.az