13.05.2022, 14:32 - Baxış sayı: 596

Gənc alim Günel Məlikli təltif edilmişdir


Gənc alim Günel Məlikli təltif edilmişdirAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər”, “Azərbaycan Milli ElmlərAkademiyasının şərəfli tarix yolu” əsərlərinə, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə 11 may tarixində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyev tərəfindən 2021-ci ilin Peşəkar Gənci Fəxri adı və İlin Peşakar Gənci Döş nişanı ilə təltif edilmişdir.
Günel Məlikli göstərdikləri diqqətə və mükafata görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, təltifetmə mərasimi zamanı gənc alim Günel Məlikli ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə çıxış etmişdir.
Gənc alim Günel Məlikli təltif edilmişdir
Gənc alim Günel Məlikli təltif edilmişdir