13.05.2022, 13:32 - Baxış sayı: 250

“Heydər Əliyevin siyasi irsi və postmüharibə dövrünün ideoloji prioritetləri” mövzusunda elmi seminar keçirilmişdir


“Heydər Əliyevin siyasi irsi və postmüharibə dövrünün ideoloji prioritetləri” mövzusunda elmi seminar keçirilmişdirAzərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsində 10 may 2022-ci il tarixində “Heydər Əliyevin siyasi irsi və postmüharibə dövrünün ideoloji prioritetləri” mövzusunda seminar keçirilmişdir. Seminarda şöbə müdiri, t.e.d. Eynulla Mədətli, baş elmi işçi, f.ü.e.d Ziba Ağayeva, aparıcı elmi işçi f.ü.f.d. Əli İbrahimov, aparıcı elmi işçi s.e.ü.f.d Sənan Həsənov, böyük elmi işçi f.ü.f.d Əntiqə Paşayeva, elmi işçi Telman Quliyev, kiçik elmi işçilər Ülviyyə Quliyeva, Səkinə Əliyeva və Ceyran Hüseynli iştirak etmişlər. Seminarı giriş sözü ilə şöbənin müdiri Eynulla Mədətli açmış, Heydər Əliyevin dövlətçilik təliminin, onun irəli sürdüyü azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. O, vurğulamışdır ki, Vətən müharibəsində tarixi qələbədən sonra genişlənən və sürətlə həyata keçirilən yenidənqurma işləri birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək peşəkarlıq və əzmlə həyata keçirilir. Vətən müharibəsi günlərində olduğu kimi, azad edilmiş bölgələrimizdə bərpa və yenidənqurma işlərinin aparılmasında bütün xalqımız sarsılmaz birlik və fədakarlıq göstərir və bütün bunlar Ulu öndərin azərbaycançılıq ideyalarının bir daha əzəmət gücünü nümayiş etdirir.
Seminarda şöbənin kiçik elmi işçiləri Ülviyyə Quliyeva “Mədəniyyətlərarası dialoq və Azərbaycanın təcrübəsi”, Səkinə Əliyeva “Azərbaycan dövlətçiliyində Heydər Əliyevin dil siyasəti və müasir çağırışlar” və Ceyran Hüseynli “Heydər Əliyev və Azərbaycanda qadın siyasətinin uğurları” mövzusunda məruzələrlə çıxış etmişlər. Sonra məruzəçilərə suallar verilmiş, rəy və təkliflər bildirilmişdir.
Seminarın sonunda şöbənin elmi əməkdaşları məruzələri qənaətbəxş hesab etmiş, gənc məruzəçilərə tövsiyələr vermiş və elmi-tədqiqat fəaliyyətlərində onlara uğurlar arzulamışlar.