Prezident İlham Əliyev davamlı iqtisadi inkişafın təminatçısıdır
Sakit HÜSEYNOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri,
fəlsəfə elmləri doktoru, professor
Ümummilli liderimiz Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə ölkəmizin davamlı inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Təkcə 2010–2020-ci illər üzrə əsas makroiqtisadi göstəricilərə diqqət yetirsək, bunu aydın görə bilərik. Belə ki, həmin dövr ölkə rəhbəri tərəfindən reallaşdırılan islahatlar sayəsində Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik güclü iqtisadiyyat formalaşıb. Milli iqtisadiyyatın davamlı inkişafı üçün respublikamız BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulub. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul (ÜDM) 4 min 753 manatdan 7 min 263 manata çatıb. Qeyri-neft iqtisadiyyatının həcmi real ifadədə 1,6 dəfəyə yaxın artaraq 2020-ci ildə 50,8 milyard manat olub.
Qeyri-neft sənayesində məhsul istehsalı 5 milyard manatdan 12 milyard manata yüksəlib. Kənd təsərrüfatında məhsul istehsalı 3,9 milyard manatdan 8,4 milyard manata çatıb. İxracda qeyri-neft sektorunun payı 7,4 faizdən 13,7 faiz səviyyəsinə qalxıb. İdxalın həcmi isə 1,7 dəfə artaraq 10,7 milyard dollar təşkil edib.
Bu dövrdə dövlət büdcəsinin gəlirləri 2,1 dəfə artaraq 11,4 milyard manatdan 24,7 milyard manata çatıb. Bununla bərabər, 2010-2020-ci illərdə iqtisadiyyata 211,2 milyard ABŞ dolları həcmində investisiya qoyulub. O cümlədən, daxili investisiya 110,3 milyard ABŞ dolları, xarici investisiya isə 101 milyard ABŞ dolları təşkil edib. Sərmayələrin 130 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. Əhalinin banklardakı əmanətləri isə 2,7 dəfə artaraq 3 milyard manatdan 8,2 milyard manata yüksəlib.
Bütün bu uğurlar ölkəmizdə qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac po-tensialının artırılması, regional siyasətin davam etdirilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının, şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilməsi nəticəsində reallaşıb.
Yuxarıda vurğulanan rəqəmlərdən də göründüyü kimi, ölkədə sosial şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Bunun üçün, ilk növbədə, büdcənin sosialyönümlü xarakter daşımasına prioritet istiqamət kimi yanaşılıb. Bu da təsadüfi olmayıb. Çünki respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər hər zaman milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə həyata keçirilən islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb.
Yeri gəlmişkən, dövlətimizinbaşçısı İlham Əliyev prezidentlik fəaliyyəti illərində əhalinin sosial şəraitinin yaxşılaşdırılması, iş yerlərinin yaradılması və yoxsulluğun azaldılmasını daim diqqətdə saxlayıb. Məsələn, ölkə rəhbəri uzun bir dövrü əhatə edən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında hələ 2008-ci il 15 sentyabr tarixli sərəncam imzalayıb. Bu Dövlət Proqramı həyata keçirilməsi nəzərdə tutulan sosial-iqtisadi məsələlərin həllini və Azərbaycanın davamlı inkişafını şərtləndirib.
Prezident İlham Əliyev son 18 ildə sözügedən Dövlət Proqramından başqa respublikamızın regionlarının davamlı sosial-iqtisadi inkişafı ilə bağlı da bir neçə proqram imzalayıb. Davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olaraq, bölgələrin tərəqqisində önəmli rol oynayan regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından əvvəl bu istiqamətdə qəbul edilən (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) digər proqramların icrası dövründə ÜDM 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Onu da qeyd edim ki, bütün bu göstəricilər dövlətimizin başçısının Azərbaycanda iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunma-sına daim həssaslıqla yanaşmasının məntiqi nəticəsidir. Bir az əvvəl vurğuladığım kimi, regional proqramların icrası zamanı da bu məsələ xüsusi diqqətdə saxlanılıb. Ölkənin güclü iqtisadi inkişafı, maliyyə imkanlarının artması isə iş yerlərinin yaradılması prosesini sürətləndirib. Beləliklə, respublikada iqtisadi fəallığın davamlı şəkildə artması fonunda yeni iş yerləri açılıb, bu isə təbii ki, insanların həyat səviyyəsinin yüksəlməsində, sosial şəraitinin daha da yaxşılaşmasında, bununla da yoxsulluğun azaldılmasında özünü qabarıq büruzə verib.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən dövlət proqramlarında ekoloji problemlərin də həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib. Ölkəmizdə davamlı inkişafın həyata keçirilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı olan həmin proqramlarda meşələrin bərpa edilməsi, yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması, alternativ və bərpa olunan enerji mənbələrinin işə salınması, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi kimi məsələlər önə çəkilib.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi sahədə davamlı inkişafla bağlı əldə edilən uğurlar Dünya Bakı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məsələn, 2010-cu il noyabrın 4-də Bakıda BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatının təqdimatı keçirilib. Bu təqdimatda BMT-nin İnkişaf Proqramının Azərbaycandakı sabiq rezident əlaqələndiricisi F.Akçura ölkəmizdə davamlı insan inkişafının yüksək olduğunu vurğulayaraq deyib: “İnsan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında aparıcı dövlət kimi qəbul edilib. Azərbaycan bu istiqamətdə, hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti-Çin və Hindistanı da qabaqlamağa nail olub”.
Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı – 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşması respublikamızın iqtisadi modelinin öz səmərəliliyini sübut etdiyinin, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının bariz nümunəsidir. Bunun nəticəsidir ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə dünyada hər üç ölkədən ikisini qabaqlayıb. Bu göstəricilərə görə respublikamız regional liderdir və 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub.
Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qida¬lanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişə nail olub.
Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Müqayisə üçün demək olar ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur.
Azərbaycan belə bir uğura Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 18 ildə bir çox sahələrdə, xüsusilə sosial sektorda həyata keçirdiyi uzaqgörən və ardıcıl siyasət nəticəsində nail olub.
Bu il də pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən, neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq, sosial proqramların icrası davam etdirilib. Bu isə davamlı inkişafın Azərbaycan üçün prioritet olduğunu göstərib. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün əlverişli zəmin yaradıb.
Yeri gəlmişkən, yuxarıda adı çəkilən hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.
Burada onu da qeyd edim ki, yoxsulluğun azaldılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 18 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də etiraf olunub.
Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə dünya ölkələrini birləşdirəcək mühüm təşəbbüslərlə çıxış edir. Bu, bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir. Bu amil Azərbaycan vətəndaşları olaraq hər birimiz üçün qürurvericidir.
Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin mövcudluğu üçün dayanıqlı iqtisadi inkişafın reallaşdırılmasına, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsinə, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinə xüsusi önəm verilir.
Son 18 ildə Azərbaycan bütün sahələrdə öz nümunəsini ortaya qoyaraq özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb. Dövlət rəhbəri bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf edən, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Respublikamızın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirib.
“Hüquqi müstəvi” elmi-nəzəri,təcrübi jurnal Bakı 2022, №1