06.12.2021, 10:18 - Baxış sayı: 352

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, dosent Zöhrə Əliyeva beynəlxalq konfransda iştiak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, dosent Zöhrə Əliyeva beynəlxalq konfransda iştiak edib01 dekabrın 2021-ci ildə Əlcəzairdə Konrad Adenaur fondunun dəstəyi ilə “Qadın və qanunvericilik” adı altında beynəlxalq video konfrans keçirilmişdir.
Konfransda AMEA-nın Fəlsəfə və Sosioloqiya İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsini müdiri, dosent Zöhrə Əliyeva “ Azərbaycanda qadın hərəkatına qısa tarixi baxış” adlı məruzə ilə çıxış etmişdir.
Alim öz çıxışında 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair qəbul edilmiş konvensiyaya xüsusi diqqət yetirmişdir. O, qeyd etdi ki, konvensiyanın əsas müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib, eyni zamanda o, konfrans iştirakçılarına 2006-cı ildə Respublika Prezidenti İlham Əliyev tərəfindən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” yaradılması haqqında fərmanın imzalanması barədə məlumat vermişdir.