18.11.2021, 09:41 - Baxış sayı: 1167

Günel Məlikli “İqtisadi və sosial siyasətin qarşlıqlı əlaqəsinin güclənməsi nailiyyətlərimizi şərtləndirən mühüm amildir” mövzusunda çıxış edib


Günel Məlikli “İqtisadi və sosial siyasətin qarşlıqlı əlaqəsinin güclənməsi nailiyyətlərimizi şərtləndirən mühüm amildir” mövzusunda çıxış edibAMEA-nın YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli 24 oktyabr “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” Respublika konfransında “İqtisadi və sosial siyasətin qarşlıqlı əlaqəsinin güclənməsi nailiyyətlərimizi şərtləndirən mühüm amildir” mövzusunda çıxış etmişdir.
ÇıxışındaAzərbaycan müstəqil ölkə olaraq özünəməxsus milli iqtisadiyyata, yəni tarixən formalaşmış və dövrün tələblərinə daim uyğunlaşan bölgü, mübadilə və istehlak sahələrindən ibarət istehsala malik olaraq hal-hazırda yüksək iqtisadi potensiala malikdir. Prezident İlham Əliyev: “Azərbaycanda siyasi islahatlar çox sürətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır.”Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi, bu gün Azərbaycanın iqtisadi potensialının qlobal rəqabətə davamlılığın üstün amilinə çevrilməsi, paralel olaraq siyasi qüdrətin, milli birliyin, xalqın rifahının təmin edilməsinə yönəlməsi məşhur aforizmi yada salır: “Dövlət xalq üçündür”. Bu gün Azərbaycanda sosial sferada həqiqətən çox uğurlu islahatlar həyata keçirilməkdədir. Ölkəmizin sürətli iqtisadi inkişafı əhalinin firavanlığına yol açan sosial siyasətin uğurla həyata keçirilməsinə birbaşa təsirini göstərir. - deyə alim vurğulamışdır.
Digər “Gender problemi və müasir Azərbaycan”Beynəlxalq konfransında “Azərbaycan Respublikasinin Milli İnkişafında Gender Demokratiyasının inkişafı” mövzusunda çıxış etmişdir. Günel Məlikli çıxışında qeyd edir bu problem həm siyasi elmdə, həm sosial psixologiyada mühüm rol oynayır. Sosial siyasətin gender amilinin təhlili sosial hüququn, vətəndaşlıq və sosial siyasət rejimlərinin ümumi nəzəriyyələrinə əsaslanmaqla yanaşı, eləcə də feminizm nəzəriyyəsi nümayəndələri tərəfindən xüsusi konsepsiyalarına əsaslanır. Bu tədqiqatlarda müxtəlif ölkələrin gender amillərinin müqayisəsi aparılmamış, yalnız ingilis-sakson ölkələrinin təcrübələri əsasında gender və sosial dövlət arasında münasibətlərinin universal misalı kimi nəzərdən keçirilmişdir”- deyə alim vurğulamışdır.
Günel Məlikli “İqtisadi və sosial siyasətin qarşlıqlı əlaqəsinin güclənməsi nailiyyətlərimizi şərtləndirən mühüm amildir” mövzusunda çıxış edibGünel Məlikli “İqtisadi və sosial siyasətin qarşlıqlı əlaqəsinin güclənməsi nailiyyətlərimizi şərtləndirən mühüm amildir” mövzusunda çıxış edib