08.11.2021, 10:39 - Baxış sayı: 331

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Şəhidləri ziyarət ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları Şəhidləri ziyarət ediblərVətən müharibəsi qəhrəmanlarımızın əbədiyyətə qovuşduğu II Fəxri Xiyabanda baş tutan tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları s.e.f.ü.d. Sənan Həsənov, f.ü.f.d. Həbib Hüseynov, İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva qatılmışlar. Vətən müharibəsi şəhidləri baş leytenant Rövşən Nuruzadənin və mayor Qərib Baxşəliyevin qəhrəmancasına şəhadətə qovuşduğu günə həsr edilmiş tədbir çərçivəsində onların məzarları ziyarət edilib. Tədbirə şəhidlərin yaxınları, Vətən müahribəsi iştirakçıları, içtimai xadimlər, ziyalılar və YAP fəalları qatılmışlar. İnstitutun əməkdaşları şəhidlərin yaxınları ilə görüşmüş, həmsöhbət olmuş və xalqımızın qəhrəman oğullarını böyüdən valideynlərə ziyalılar adından minnətdarlıqlarını bildirmişlər.