01.11.2021, 10:54 - Baxış sayı: 351

Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Beynəlxalq Konfransın Plenar iclasında məruzə ilə çıxış etmişdir


Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Beynəlxalq Konfransın Plenar iclasında məruzə ilə çıxış etmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin doktorantı Turanə Əlibəyova 2021-ci il oktyabrın 30-da Türkiyənin Qars şəhərində “Avropa və Asiya: minillik qonşuluq” mövzusunda onlayn keçirilmiş və Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş XIX Beynəlxalq Elmi Simpoziumun Plenar iclasında məruzə ilə çıxış etmişdir. Dünyanın müxtəlif ölkələrindən araşdırmaçılar konfransda iştirak etmişlər. Maraqlı diskussiyalarla yadda qalan tədbirdə Azərbaycanı təmsil edən gənc tədqiqatçılar fəallıq göstərmişlər.
“Qars Müqaviləsi və “qonşuluq siyasəti”: İkinci Qarabağ savaşının geosiyasi nəticələri prizmasında epistemoloji yanaşma” mövzusnda məruzə ilə çıxış edən Turanə Əlibəyova öz çıxışında Qars Müqaviləsi ilə Şuşa Bəyyannaməsinin mətnlərinin fəlsəfi-epistemoloji analizi üzərində dayanaraq, hər iki tarixi sənədin mətni ilə real geosiyasi mənzərə arasında əlaqənin epistemoloji təhlilini verməyə çalışmışdır. Bu kontekstdə Avropa İttifaqında keçən əsrin 90-cı illərindən tətbiq olunan “yeni qonşuluq siyasəti”nin (bu siyasət keçən əsrin 80-ci illərində isveç alimləri B.Hettne və F.Soderbaum tərəfindən yaradılmış “yeni regionalizm” (New Regionalism Theory) təliminə əsaslanır) Şuşa Bəyannaməsindən sonra Güney Qafqazda yaranmış yeni geosiyasi mənzərə işığında konkret təzahürləri müəyyən edilməyə çalışılmışdır.
Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Beynəlxalq Konfransın Plenar iclasında məruzə ilə çıxış etmişdir
Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Beynəlxalq Konfransın Plenar iclasında məruzə ilə çıxış etmişdir