04.10.2021, 10:51 - Baxış sayı: 305

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblər

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblərAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və Yeni Azərbaycan Partiyasının İnstitut üzrə Ərzi Partiya Təşkilatınin birgə təşkilatcılığı ilə şəhid ailələri ilə görüşləri davam etdirilir.
Növbəti görüşdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin ilk şəhidi, gizir Səlimov Cəmil Oktay oğlunun ailəsi ziyarət edilib. İnstitut alimləri s.e.f.ü.d. Sənan Həsənov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d. dosent Vətən müharibəsi iştirakcısı Radif Mustafayev, f.ü.f.d. dosent Şölət Zeynalov Şəhidin kecdiyi döyüş yolu ilə tanış olub, göstərdiyi şücaətlə bağlı xatirələri bölüşülüb. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın hər birinin xatirəsinin əziz olduğundan və dövlətimizin onlara göstərdiyi qayğıdan söhbət acıblar. Vətən müharibəsində xalq-ordu-lider birliyinin qələbəyə verdiyi tövhənin Azərbaycan xalqının həyatında tarixi uğur olduğuna dair fikirlər bölüşülüb, qəhərman oğullarımızın göstərdiyi şücaətin gələcək nəsillərə örnək olduğuna diqqət cəkilib. İnstitut əməkdaşları Şəhidin ildönümü münasibəti ilə bağlı təşkil olunan mərasimə qatılıblar. Binə qəsəbəsinin şəhidlərinin məzarları ziyarət edildikdən sonra, yaradılmış xatirə bulağında olublar.
Şəhidin atası Oktay Səlimov öladının timsalında Vətən uğrunda canından keçən bütün şəhidlərimizlə fəxr etdiyini və dövlətimizin onlara göstərdiyi qayğıya görə minnətdarlığını bildirib. Ali Baş Komandanın ətrafında sıx birləşməyimizdən qürür düyduğunu ifadə edib.