17.05.2021, 12:23 - Baxış sayı: 455

“Nizami Gəncəvi fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir


“Nizami Gəncəvi fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdirBDU-nun Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şair-filosofu Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Nizami ideyalarının müasir dövrdə təzahür imkanları” mövzusundakı çıxışında dahi şair-filosofun əsərlərindəki müasir dövrdə də aktual olan bir sıra fikir və ideyaların – humanizm, dünyanın yaradılışı və ilk tərkibin nə olması, əmək fəaliyyəti və məşğulluğun zəruriliyi, qadının azad olması və ona statusun verilməsi, insan haqları, qanun qarşısında hamının bərabər olması, idarəetmədə sosial ədalət prinsipinə əməl olunması, dövlətin və xalqın maraq və mənafeyinin üstün tutulması, ailə dəyərlərinin qorunmasının zəruriliyi, əxlaq norma və qaydalarına əməl edilməsi, dövlətin yüksəlişi və cəmiyyətin stabilliyi, inkişafı üçün elmə və elm adamlarına diqqətin artırılması məsələlərini təhlil etmiş, maraqlı müqayisələr aparmışdır.
Sonda geniş müzakirələr zamanı fikir mübadiləsi edilmiş, tələbələrin Nizami əsərlərindəki ideyalarını əks etdirən təqdimatlarına baxış keçirilmişdir.