12.02.2021, 13:07 - Baxış sayı: 490

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı sertifikatla təltif olunublar


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı sertifikatla təltif olunublarFevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə AMEA-nın digər institutuları ilə yanaşı Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları, AMEA-nın gender məsələləri üzrə əlaqələndiricisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Pandemiya dövründə AMEA-nın gender göstəriciləri” və Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, dosent Lalə Mövsümova “Pandemiya dövründə qadın mənəviyyatı və elm” mövzusunda çıxış ediblər.
Fəlsəfə və Sosiologiya İnstitutunun hər iki əməkdaşı AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Qadın alimlər COVİD-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayln konfransda fəal iştiraklarına və səmərəli elmi fəaliyyətlərinə görə sertifikatla təltif olunublar.
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı sertifikatla təltif olunublar
Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı sertifikatla təltif olunublar