TƏHSİL ŞÖBƏSİ


    Şöbə müdiri: Hüseynov Həbib Məzahir oğlu, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
    Ölkə daxilində və xaricdə azərbaycan, rus, ingilis dillərində çap edilmiş 50-dən cox elmi məqalə və bir monoqrafiyanın müəllifidir. Rusiya fəlsəfə cəmiyyətinin üzvüdür. Fəlsəfə institutun nəzdnində fəaliyyət göstərən Dissertasiya Şurasına elmi dərəcə almaq üçün təqdim edilən dissertasiya işlərinin plaqiat faktına yoxlanımasında yaxından iştirak edir. İnstitutunda nəşr olunan «Elmi əsərlər» beynəlxalq elmi-nəzəri jurnalın məsul katibidir.


    AMEA Fəlsəfə İnstitutunda 2017-ci ildə yaradılan Təhsil şöbəsi elmlər doktorluğu və fəlsəfə doktorluğu üzrə doktorantların və dissertantların, magistrlərin elmi fəaliyyətinin, təhsilinin həyata keçirilməsi, institutun ali məktəblərlə əlaqəsinin təşkil olunması məqsədi ilə yaradılmışdır.
    Təhsil şöbəsi doktorantların və dissertantların sənədlərinin qəbulu, referatların yazılması, ixtisas fənni üzrə qəbul imtahanları və minimum imtahanları üçün testlərin hazırlanmasını və proqram təminatını təşkil edir.
    Təhsil şöbəsi doktorantların və dissertantların attestasiyadan keçirilməsi üçün zəruri sənədləri hazırlayır, attestasiyanı təşkil edir.
    Təhsil şöbəsi doktorantların və dissertantların fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Elm və təhsil İdarəsi ilə əlaqələndirir, bu sahə üzrə lazımi sənədləri hazırlayıb təqdim edir.
    Doktorantlar və dissertantlar Təhsil şöbəsinə özlərinin fəaliyyəti haqqında hesabatları və digər zəruri sənədləri təqdim edirlər.
    Təhsil şöbəsi magistratura təhsilini həyata keçirir, magistrlərin tədris planında nəzərdə tutulan fənlər üzrə məşğələlərdə iştirakını təşkil edir, magistr dissertasiyalarının hazırlanmasını və müdafiə olunmasını təmin edir.
    Təhsil şöbəsi institutun ali məktəblərlə əlaqələrinin təşkilinə cavabdehdir. Müxtəlif ali məktəblərdən instituta göndərilmiş stajorların və təcrübəçi tələbələrin nəzərdə tutulmuş proqramları həyata keçirməsini təşkil etmək Təhsil şöbəsinin funksiyalarına aiddir.
    Doktoranturaya qəbul üzrə və minimum imtahanları üzrə minimum imtahanları üçün komissiyaların təşkili, test suallarının hazırlanması, test bankının yaradılması işini təşkil edir.     İnstitut əməkdaşlarının, gənc alimlərin stajirovkası ilə bağlı məsələlərin həllində direktorluğun tapşırıqlarını yerinə yetirir.
    Təhsil şöbəsi müstəqil qurumdur və institutun direktoruna tabedir.
    Təhsil şöbəsinin müdiri institut Elmi şurasının üzvü seçilə bilər.

    AMEA Fəlsəfə İnstitutu Təhsil şöbəsinin ştat cədvəli aşağıdakı kimidir:
    1. Şöbə müdiri - 1 ştat
    2. Baş mütəxəssis - 1 ştat
    3. Kompyuter operatoru- 2 ştat
    Cəmi: 4 ştat