“Qədim Yunan filosoflarına” həsr olunmuş müsabiqəyə yekun vuruldu
Tədbiri Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq elan edilmiş müsabiqə haqqında iştirakçılara məlumat verdikdən sonra sözü Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosa verdi.
Səfir öz çıxışında Fəlsəfə İnstitutu ilə birgə keçirdikləri elmi konfranslardan və bu konfranslarda səsləndirilən fəlsəfi fikirlərin elmiliyinə diqqət çəkərək, təşkilatçılığa və təşəbbüsə görə institutun rəhbərliyinə minnətdarlıq etdi. Bugünkü müsabiqənin də bundan öncə keçirlilən elmi görüşlər kimi yaddaşlarda qalacağını deyən səfir, müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Sonda çıxış edən hər bir müsabiqə iştirakçısına sertifikat və rəsm əsəri təqdim edildi.

