Virtual laboratoriyalar


1. Virtual laboratoriya -“Pandemiya dövründə fəlsəfə və Lütfizadənin qeyri-səlis məntiqi
Pandemiya-dovrunde-felsefe-ve-Lurfizadenin-qeyri-selis-mentiqi.pdf [1,62 Mb] (Yüklənib: 12)

2. “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və yeni “İpək Yolu”
Medeniyyetlerin-garshiligli-tesirinin-felsefesi-ve-yeni-pek-Yolu.pdf [1,03 Mb] (Yüklənib: 19)

3. "Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq"
Muasir-felsefe-suni-intellekt-ve-qeyri-selis-mentiq.pdf [1,63 Mb] (Yüklənib: 9)

BEYNƏLXALQ VİRTUAL MƏRKƏZ

Münaqişələrin həllində dialoq və tolerantlıq mərkəzi

2022-ci il dekabrın 22-dən etibarən fəaliyyətə başlayan “Münaqişələrin həlli üzrə Dialoq və Tolerantlıq Mərkəzi” bu günə qədər konfransalar, seminarlar və görüşlər olmaqla, bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər həyata keçirmiş, məqalələr dərc etdirmişdir. Mərkəzin səyləri nəticəsində yalnız nəzəri tədqiqatlarla kifayətlənməyərək, həm də Qarabağ ermənilərinin reinteqrasiyası üçün vacib olan maarifləndirmə işini bacaran, o cümlədən regionun mədəni irsinin məhv edilməsi, qonşu dövlətin təcavüzkarlığı və etnik separatizmin təhlükəliliyi barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını təmin edə bilən filosof alimlərdən, sosioloq, beynəlxalq hüquqşünas və politoloqlardan ibarət mobil virtual bir qrup yaradılmışdır. Mərkəzin əsas vəzifəsi beynəlxalq və regional münaqişələrin həlli məsələsində Azərbaycanın humanist mövqeyinin yayımlanması və təbliğ edilməsi olduğundan bu yöndə Azərbaycan dövlət kanallarında (CBC) Qarabağın mədəni irsinin qorunub saxlanılması, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə çoxsaylı teledebatların və çıxışların olduğu verilişlər keçirilmişdir. Bu mövzu ilə bağlı dünyanın bir çox elmi mərkəzləri, o cümlədən Türk və Ərəb dünyasının araşdırılması üzrə SOTA Elmi Mərkəzi (Mehmet Tütüncü, Niderland) Atatürk Universiteti (prof. Kərəm Karabulut, Türkiyə), Sülh və Diplomatiya Mərkəzi (Asif Nur, Pakistan), Noosfer İctimai Elmlər Akademiyası (prof.Heydər İmanov, Rusiya) ilə əlaqələr yaradılmışdır. Beynəlxalq tədbirlər sırasında Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, prof. İlham Məmmədzadənin və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dos. Z. Əliyevanın “Mədəni resursların qorunmasında UNESCO konvensiyalarının rolu” mövzusunda keçirilmiş Roma konfransındakı iştiraklarını və “Azərbaycanda mədəniyyətin qorunması problemlərinin fəlsəfəsi” mövzusunda çıxışı, Bolqarıstan Elmlər Akademiyasının İ.Məmmədzadənin,dos.S.Həsənova, dos.Z.Əliyeva, S.Dadaşova, B.Todorova və B.Kirovun iştirakı ilə keçirilmiş “Dəyirmi masa”nı xüsusilə qeyd etmək lazımdır.
Beynəlxalq regional münaqişələrin həlli axtarışında Azərbaycanın müasir siyasəti, onların həllinin etik, psixoloji və hüquqi aspektləri, münaqişələr zamanı və müharibədən sonrakı dövrdə Azərbaycanın və Cənubu Qafqazın mədəni irsinin qorunması problemi, Azərbaycan mədəniyyətində Qarabağın, Zəngəzurun mənəvi-mədəni irsinin rolu və bir çox digər məsələlər bizim bir çox əsərlərimizdə və fəaliyyətimizdə öz əksini tapmışdır ki, onlarla da aşağıdakı linklərə daxil olaraq tanış ola bilərsiniz:
1. Mammadzada I. Challenges and hopes br.az
2. axar.az
3. axar.az
4. axar.az
5. qaynarinfo.az
6. avropa.info
7. teleqraf.com
8. newscenter.az
9. sputnik.az
10. adalet.az
11. Baki-xeber.com
12. sherg.az
13. Azimova R. The legacy of a wise strategist