03.02.2026, 14:37 - Baxış sayı: 10

"Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçiriləcək


AMEA Fəlsəfə və Sosiologiya İnstitutu və Sosial Tədqiqatlar Mərkəzinin

birgə təşkilatçılığı ilə

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir illiyinə həsr edilmiş

“RƏQƏMSALLIQ VƏ SOSİAL İNFORMASİYANIN İNKİŞAF DİNAMİKASI”

mövzusunda

RESPUBLİKA ELMİ KONFRANSI keçiriləcək

KONFRANSIN MƏQSƏDİ:

Müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz edərək sosial münasibətlərin, idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasına səbəb olmuşdur. Konfransın məqsədi-rəqəmsallığın fəlsəfi, sosial, psixoloji, hüquqi, siyasi, tarixi aspektlərinin elmi müzakirəsini təmin etmək, multidissiplinar yanaşmalar əsasında informasiyanın idarə edilməsinin yeni inkişaf dinamikasını təhlil etməkdir.

¨ Konfransın tarixi: 11 fevral 2026-cı il

¨ Məqalələrin qəbul müddəti: 1 dekabr 2025-ci il – 1 fevral 2026-cı il

¨ Keçirilmə forması: Hibrid (əyani və onlayn)

KONFRANSIN BÖLMƏLƏRİ:

I. Rəqəmsallığın elmi-fəlsəfi və metodoloji əsasları

II. Rəqəmsal transformasiyanın sosioloji əsasları

III. Rəqəmsal mühitin psixoloji təsirləri

IV. İnformasiya siyasəti və geosiyasət

V. Sosial Hüquqlar və rəqəmsallaşması tendensiyası

VI. İnformasiyanın idarə edilməsinin elmi-nəzəri inkişaf mərhələləri

VII. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbul edilməsinin bir ili: yeni sosial rəqəmsal proqramların həyata keçirilməsi, sosial nəticələri

VIII. Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirlməsi çərçivəsində “Rəqəmsal Azərbaycanın gələcəyinə baxış” bucağı

IX. Azərbaycan dövlətinin sosial siyasət, sosial proseslər sahəsində rəqəmsal layihələri

X. Azərbaycanda sosial sferada Süni İntellekt texnologiyaları və layihələri, perspektivlər

TƏQDİM OLUNAN MƏQALƏLƏR ÜÇÜN TƏLƏBLƏR:

· Microsoft Word A4 ölçüdə 5 səhifə həcmində, Times New Romanda, 14 şrift, 1,5 intervalla, soldan 20mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm parametrlərinə uyğun yazılmalıdır;

· Titul səhifədə yuxarıda sağda 14 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi,işlədiyi elmi müəssisənin adı, ORCİD nömrəsi, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsiyazılmalıdır;

· Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 14 şriftlə, böyük qara hərflərləyazılmalıdır.

· Azərbaycan və ingilis dillərində qısa xülasə, açar sözlər təqdim olunmalıdır.

· İstinadlar APA (7th edition) formatında verilməlidir.

TƏŞKİLAT KOMİTƏSİ:

· İlham Məmmədzadə - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

· Zahid Oruc - Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyyətinin sədri, millət vəkili

· Tahirə Allahyarova - Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyyətinin sədr müavini, fəlsəfə elmləri doktoru, professor

· Səadət Məmmədova - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, sosiologiya elmləri doktoru, dosent

· Südabə Hüseynova - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, psixologiya üzrə fələsfə doktoru, dosent

· Aqşin Məmmədov - Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru

· Qabil Camalov - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini

Əlaqə:

E-mail: academic.studies@yahoo.com

Əlaqə nömrəsi: +994 12 539 89 91; +994 55 768 94 26

Qeyd:

Konfrans materialları redaksiya heyəti tərəfindən seçilərək elmi məqalələr toplusunda nəşr olunacaq. Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məqalələr baxılmadan geri qaytarılacaqdır.