“Azərbaycanın şəhər mədəniyyətinin fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçiriləcəkdir
3 fevral 2026-cı il tarixində saat 11:00-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına əsasən 2 fevral – Gənclər gününə həsr olunmuş “Azərbaycanın şəhər mədəniyyətinin fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçiriləcəkdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Akt zalı

