"Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçiriləcək
11 fevral 2026-cı il tarixində saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasi Fəlsəfə Və Sosiologiya Institutunda "Rəqəmsallıq və sosial informasiyanın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın məqsədi:
Müasir dövrdə rəqəmsallaşma cəmiyyətin bütün sahələrinə nüfuz edərək sosial münasibətlərin,
idarəetmə mexanizmlərinin və fərdi davranışların transformasiyasına səbəb olmuşdur.
Konfransın məqsədi rəqəmsallığın fəlsəfi, sosial, psixoloji, siyasi, tarixi aspektlərinin elmi
müzakirəsini təmin etmək, multidissiplinar yanaşmalar əsasında informasiyanın idarə
edilməsinin yeni inkişaf dinamikasını təhlil etməkdir.
Konfransın tarixi: 11 fevral 2026-cı il
Məqalələrin qəbul müddəti: 1 dekabr 2025-ci il – 1 fevral 2026-cı il
Keçirilmə forması: Hibrid (əyani və onlayn)
Konfransın bölmələri:
I. Rəqəmsallığın elmi-fəlsəfi və metodoloji əsasları.
II. Rəqəmsal transformasiyanın sosioloji əsasları.
III. Rəqəmsal mühitin psixoloji təsirləri
IV. İnformasiya siyasəti və geosiyasət
V. İnformasiyanın idarə edilməsinin elmi-nəzəri inkişaf mərhələləri.
Təqdim olunan məqalələr üçün tələblər:
Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1,5
intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm
parametrlərinə uyğun yazılmalıdır;
Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi,
vəzifəsi, işlədiyi elmi müəssisənin adı, ORCİD nömrəsi, elektron poçt ünvanı (e-mail) və əlaqə
nömrəsi yazılmalıdır;
Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara
hərflərlə yazılmalıdır.
Qısa xülasə və açar sözlər həm azərbaycan, həm ingilis dillərində təqdim olunmalıdır.
İstinadlar APA (7th edition) formatında verilməlidir.
Təşkilat Komitəsi:
Sosiologiya şöbəsi;
Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsi.
Əlaqə:
E-mail: academic.studies@yahoo.com
Əlaqə nömrəsi: +994 12 539 89 91; +994 55 768 94 26
Qeyd:
Konfrans materialları redaksiya heyəti tərəfindən seçilərək elmi məqalələr toplusunda nəşr
olunacaq. Konfransın bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məqalələr
baxılmadan geri qaytarılacaqdır.

