26.01.2026, 12:04 - Baxış sayı: 13

Azərbaycanlı alim Böyük Britaniya Krallıq Cəmiyyətinin üzvü seçilib


AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri f.ü.f.d., dosent Zöhrə Əliyeva ilk azərbaycanlı qadın kimi Böyük Britaniya Krallıq Cəmiyyətinin (Royal Society of Arts, (RSA) üzvü seçilib.

Cəmiyyət 22 mart 1754-cü ildə Londonda yaradılmış və elm, incəsənət və sosial innovasiyalar sahəsində beynəlxalq ekspertləri birləşdirən nüfuzlu təşkilatdır. Şərqdə maarifçilik fenomeni üzərindəki elmi araşdırmalarının tanınmasına görə Zöhrə Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir.

2025-ci ilin sentyabr ayında professor İlham Məmmədzadənin və Zöhrə Əliyevanın kitabları Böyük Britaniya Milli Kitabxanasının fonduna və Krallıq Cəmiyyətinin kitabxanasına daxil edilib, bu da onların elmi işlərinin beynəlxalq səviyyədə tanındığını göstərir. RSA üzvlüyü AMEA-nın nüfuzunu möhkəmləndirir və beynəlxalq əməkdaşlıq, qlobal layihələrdə iştirak imkanlarını artırır.

https://science.gov.az/az/news/open/34748