23.12.2025, 12:17 - Baxış sayı: 151

Gənc alim Günel Məlikli ölkə başçısına təbrik məktubu ünvanlayıb



AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli ölkə başçısına təbrik məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Siz 22 illik fəaliyyətiniz dövründə ölkəmiz üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmisiniz. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf modeli, Sizin siyasi iradəniz, ardıcıl və sistemli surətdə həyata keçirdiyiniz islahatlar Azərbaycanın güclü, inkişaf etmiş bir dövlət kimi tanınmasına xidmət edir.

Cənab Prezident, Sizin sayənizdə 2025-ci ili yüksəlişimizin daha da güclənməsi istiqamətində mühüm addımların atılması ilə uğurla başa vurmaqdayıq.

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevaya, Sizin həyata keçirdiyiniz siyasi kursun uğur qazanmasına layiqli töhfələrinə, böyük dəstəyinə, fədakar xidmətlərinə görə çox minnətdarıq.

Onu da qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlətimizin elmi irsini yaşadır və inkişaf etdirir. “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” sərəncamınız “Azərbaycan Milli Elmlər Akademiyasının Şərəfli tarix yolu” kitabının müəllifi olaraq mənim də böyük sevincimə səbəb oldu. Bu sərəncam Sizin Azərbaycan elminə və xüsusi ilə AMEA-nın şərəfli tarix yoluna verdiyiniz böyük dəyərin ifadəsidir.

Cənab Prezident, Sizin AMEA-nın 80 illik yubiley yığıncağında iştirakınız və mükəmməl, dərin məzmunlu nitqiniz biz alimlər üçün böyük bayram oldu. Çıxışınızda Akademiyanın keçdiyi uzun və şərəfli yolu qeyd edərək, dövlət qurumları ilə elm xadimlərini birgə əməkdaşlığa səslədiniz. Bu alimlərimizə verilən böyük töhfədir. Bu nitq gələcəyə yönəlik bir başlanğıc oldu. Çıxışınızda vurğuladınız ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafina öz töhfələrini verməlidirlər.

Ümid edirəm ki, biz alimlər Sizin şərəfli yolunuzun əsgəri olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Sizi əmin edirəm ki, Prezident kimi fəaliyyətinizdə biz gənc alimlər hər zaman ətrafınızda bir yumruq kimi birləşəcəyik. AMEA gəncləri adından ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda göstərdiyiniz xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Günel Məlikli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Respublikası, Bakı şəhəri.

https://president.az/az/articles/view/70815