27.05.2025, 15:57 - Baxış sayı: 35

“Ortaq Türk Kültürü: Oğuz türkmanların dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilib


Mayın 26-27-də Azərbaycanın paytaxtı Bakı şəhərində Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) təşkilatçılığı ilə “Ortaq Türk Kültürü: Oğuz türkmanların dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. 

Azərbaycan, Türkiyə, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Türk Cümhuriyyətindən gələn türkoloq alimlərin iştirak etdiyi simpoziumu giriş sözü ilə Xəzər Universitetinin təsisçisi və rektoru prof. Hamlet İsaxanlı açmışdır. Daha sonra Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurban Elyasov təbrik sözü söyləmişdir. Həmin beynəlxalq elmi simpoziumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “İraq türkmanlarının tarixinə bir baxış ”, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk-Oğuz dünyasında Azərbaycan Əfşar-Türk dövlətinin yeri və rolu” mövzularında məruzə ilə çıxış ediblər.