13.05.2025, 10:41 - Baxış sayı: 132

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏCRÜBƏSİ VƏ MƏNƏVİ İRSİ TÜKƏNMƏZ BİR XƏZİNƏDİR


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi tükənməz bir xəzinə olduğunu bildirərək, məhz ulu öndərin sayəsində ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə, gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər gördüyünü və bu işlər sayəsində gənclərin səfərbəredici gücü daim artacağını söyləyib.

Günel Məlikli vurğulayıb ki, ümummilli lider Heydər Əliyev bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.Ulu Öndərin ideallarına və siyasi kursuna sadiq qalan prezident İlham Əliyev qısa zaman kəsiyində Azərbaycanı bütün sahələrdə zirvələrə daşımışdır - deyə Günel Məlikli vurğulayıb. 

https://science.gov.az/az/news/open/32408