06.03.2025, 14:39 - Baxış sayı: 79

Elmi işçi Hafizə İmanova Naxçıvan Dövlət Universitetinin tələbələrinə ekoloji təlim keçib


3-4 Mart 2025-ci il tarixində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Biriyi Azərbaycan Respublikasının Elm və Təhsil nazirliyi ilə əməkdaşlıqda Şərqdə Dayanıqlığın qurulması (BREN) təşkilatının dəstəyi ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında Qızların Davamlı İnkişafı və İqlim Savadlılığı: Gələcək Nəsil Üçün Bacarıqların İnkişafı” layihəsi çərçivəsində gələcək pedaqoqların töhfəsinin artırılması və biliklərin təkmilləşdirilməsi məqsədilə gələcəyin müəlllimləri olan tələbələrə iki günlük təlim təşkil edilmişdir. 

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyasi şöbəsinin elmi işçisi Hafizə İmanova Naxçıvan Dövlət Universitetinin tərcümə fakültəsinin tələbələrinə ekoloji təlim keçmişdir. Ekoloji bilgilərin artırılması və dayanıqlı inkişaf kontekstində iqlim dəyişikliyi məsələsinin ictimaiyyətə çatdırılması və maarifləndirilməsi məqsədilə “Azərbaycanda və qlobal kontekstdə dayanıqlı inkişaf hədəfləri və iqlim dəyişikliyi problemi” mövzusunda təlim keçən Hafizə İmanova tələbələrlə interaktiv diskussiya formatında görüş keçirmişdir. Sonda tələbələri maraqlandıran suallara cavab verərək onların ekoloji və iqlim dəyişikliyi sahəsindəki bilik və bacarıqlarının həm xarici dil biliklərinə, həm də ətraf mühitə qarşı məsuliyyət və bilgi sahibi olmaqla nail olunacağını vurğulayan Hafizə İmanova tələbələrə sertifikat təqdim etmişdir.

Tədbirlə bağlı videonu buradan izləyin.