06.03.2025, 10:35 - Baxış sayı: 149

Dosent Günel Məlikli BDU-nun Tarix fakültəsinin tələbələrinə Mehriban xanım Əliyevanın həyat fəaliyyətinə dair mühazirə söyləyib



Dosent Günel Məlikli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyat fəaliyyətinə bəhs olunmuş geniş mühazirə söyləyib.

Mühazirədə G.Məlikli qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Müzəffər Ali Baş Komandanın ən sadiq silahdaşı kimi yorulmaz fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi tükənməz bir xəzinədir və bu xəzinəni yaşatmaq üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu mühüm işlər görməkdədir.
Mehriban xanım Əliyevanın çıxışlarında xalqımızın ədalətli mübarizəsi barədə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, onun vətənpərvər çağırış və müraciətləri hər birimizi milli maraqlarımız naminə düşmənlə mümkün platformalarda, o cümlədən informasiya məkanında mübarizəyə səfərbər edir”, - deyə Günel Məlikli vurğulayıb.