Dosent Əntiqə Paşayeva “Azərbaycan Respublikasının Konstitusiyasında etik normalara fəlsəfi və hüquqi baxış” adlı məruzə ilə çıxış etmişdir
İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayeva Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə bağlı “Azərbaycan Respublikasının Konstitusiyasında etik normalara fəlsəfi və hüquqi baxış” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi, Azərbaycan Respublikasının Konstitusiyasında etik, əxlaqi, milli-mənəvi dəyərələrə, adət-ənənələrə diqqət çəkərək, Azərbaycan Respublikasının Konstitisiyanın milli-mənəvi dəyərlər əsasında formalaşmasını bildirmişdir: “Konstitusiyanın üstün cəhətlərindən biri də budur ki, təkcə qanunlara deyil, milli-mənəvi dəyərlərə, adət-ənənələrə və etik normalara əsaslanır; qanun və etik norma arasında əlaqə vardır. Məhz buna görə də Konstitusiyaya – Əsas Qanuna milli-mənəvi dəyərlərə əsaslanan vahid hüquqi bir sənəd kimi baxmalıyıq. Ümumiyyətlə, hər bir xalqın inkişafında və xalq olaraq tanınmasında təkcə ictimai-siyasi məsələlərin mövcudluğu kifayət etmir, təbii ki, bunlarla yanaşı, konstitusiyada təsbit olunmuş müddəalara milli-mənəvi dəyərlər və etik normalar çərçivəsində riayət olunması da əsas şərtlərdən biridir. Məruzəçi, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarına işarə edərək, Ümummilli Liderin tarixi çıxışlarından nüminələr gətirmişdir: “milli-mənəvi dəyərlərin qorunmasını, təbliğini, inkişafını Ulu Öndər çıxşlarında bizə tövsiyə edir: “Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”; “Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.