20.02.2025, 12:40 - Baxış sayı: 40

“Elmi əsərlər” jurnalının növbəti sayı çap olunub


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq elmi-nəzəri jurnalı olan “Elmi əsərlər” jurnalının növbəti (№ 2 (43) (2024) sayı çap olunub.

Jurnalda “Fəlsəfi baxış və yanaşmalar” bölməsi üzrə Ziba Ağayeva “Azərbaycan dünya çağırışları kontekstində: COP29-un məqsəd və məramı”, Leyla Xəlifə (İordaniya) “İbn Ərəbinin doktrinasına əsasən "aralıq" (bərzah) konsepsiyasına baxış: elm və din arasında üçüncü yerdə görüş təklifi”, Faiq Ələkbərli “Akademik Firudin Köçərlinin yaradıcılığında Azərbaycan fəlsəfə tarixinin tədqiqi və fəlsəfi məsələlər”, Yavuz Belendir, Serra Sevde Hatipoğlu (Türkiyə) “Süni intellekt fəlsəfəsi narahatlıq və risk baxımından: Azərbaycan və Türkiyə nümunəsi” Xanım Mustafayeva, Tural Orucov (Azərbaycan) “Rəqəmsal dünyada İmmanuel Kantın etik kodeksinin kiberməkana inteqrasiyası”, “Epistemologiya və məntiq” bölməsi üzrə Vüsal Zülfüqarov (Azərbaycan) ““Postakademik” və “postnormal” elm: fənlərarası yanaşma”. “Siyasi elmlər: nəzəriyyə və reallıqlar” bölməsi üzrə Günel Məlikli (Azərbaycan) “Prezident İlham Əliyev mədəni abidələrimizin bərpası haqqında”, Məhəbbət Seyidova (Azərbaycan) “Beynəlxalq münasibətlərdə hərbiləşmə amili”, Zaur Əliyev (Azərbaycan) “İşğal dövründə Şuşada oğurlanıb Ermənistana aparılan türklərə məxsus qədim ox ucları”, Emin Bəylərov (ABŞ) “Süni intellekt tərəfindən idarə olunan kibermüdafiə: Sİ-in müasir şəbəkə təhlükəsizliyinə təsirinin təhlili”, Bəxtiyar Nəcəfli (Azərbaycan) “Almaniyanın daxili və xarici siyasətində islamofobiya”, Tural Ələkbərov (Azərbaycan) Siyasi legitimlik böhranına qarşı tədbirlər: beynəlxalq təcrübənin təhlili”, Rauf Abbasov (Azərbaycan) “Böyük qayıdış” timsalında Azərbaycanda bərpa prosesinin digər ölkə təcrübələrindən fərqlənməsi”. “Sosioloji araşdırmalar və davamlı inkişaf” Həbib Mahmudov (Azərbaycan) “Sosial marketinqdə sosial problemlərin həllinə dair yanaşmalarda kommunikasiya nümunələrinin təhlili” məqalələri yer alıb.

Həmçinin jurnalın “Oxucu rəyi” bəlməsində Şölət Zeynalov Eynulla Mədətlinın “”Heydər Əliyevin siyasi irsi: azərbaycançılıq və Azərbaycan–Türkiyə birliyinin fəlsəfəsi” monoqrafiyası haqqında” məqaləsi nəşr edilib.

Jurnalın elektron variantı ilə BURADAN tanış olmaq olar.