Dosent Günel Məlikli “Süni intellektin texnoloji aspekti fəlsəfi prizmada” adlı məruzəsi ilə çıxış edib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusunda konfransında Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Süni intellektin texnoloji aspekti fəlsəfi prizmada” adlı məruzəsi ilə çıxış edib.
Gənc alim çıxışını Azərbaycanın Birinci vitse-prezidenti MehribanƏliyevanın “Qadınlar və qızlar elmdə” tədbirdə çıxışı ilə başlayaraq bildirib ki, Elmdə qadınların mövcudluğu elm tarixinin ən erkən dövrlərini əhatə edir, Qadınlar Azərbaycan Milli Elmlər Akademiyasında 59 faizdən ibarətdir. Qızların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olaraq, gənc xanımlar üçün əsl ilham mənbəyidir. Günel Məlikli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq qeyd edib ki, alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşünas professor Aida İmanquliyevanın həyat yaradıcılığından bəhs edib.
Qeyd edib ki, 2019-cu ildə qadınlar elmdə müsabiqəsində akademik Akif Əlizadə tərəfindən nailiyyətlərinə görə akademiya üzrə I yerin qalibi olduğunu bildirib.
Daha sonra G.Məlikli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli tərəfindən süni intellektin AMEA-nın yeniləşmə kursunda mühüm məqam olduğunu bildirib. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz iqtisadi və sosial inkişaf üçün texnologiyanın gücündən istifadə etmək istəyən digər ölkələr üçün model rolunu oynayır. – deyə G.Məlikli vurğulayıb.