10.02.2025, 11:51 - Baxış sayı: 52

“Bullinq və mobbinq: Sosial şiddətin fərqli tərəfləri kimi” mövzusunda seminar keçirilib   


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində 7 fevral 2025-ci il tarixində doktorant Mehin Nəsibovanın “Bullinq və mobbinq: Sosial şiddətin fərqli tərəfləri kimi” mövzusunda seminarı keçirilmişdir.


Seminarı elmi işçi Kamran Məmmədov açaraq sözü məruzəçi doktorant Mehin Nəsibovaya vermişdir. 


Məruzəçi müasir dövrdə bullinq və mobbinqin oxşar və fərqli cəhətləri, sosial həyata təsiri və bu cür halların qarşısını alınması yolları ilə bağlı məruzə ilə çıxış etdi.


Məruzəçiyə suallar verildi və suallar ətrafında müzakirələr aparıldı. Məruzə ətrafında çıxış edən f.ü.f.d Məhəmməd Cəbrayılov yerli tədqiqatçıların tədqiqat işləriylə bağlı əsas məqamları, xüsusilə bullinq və mobbinqin fərqli və oxşar tərəfləri ilə bağlı məsələlərə diqqət çəkməklə məruzəçiyə mövzuya dair akademik axtarışlarla bağlı aidiyyatı üzrə tövsiyyələrini verdi.

Daha sonra seminarda aparıcı elmi işçi f.ü.f.d. Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d., Səbirə İskəndərova və elmi işçi İlhamə Hüseynova, elmi işçi Yeganə Bağırova, elmi işçi Elxan Quliyev, elmi işçi Kamran Məmmədov mövzu ətrafında çıxışlar etmiş, məruzəçiyə suallar vermiş, çıxışlar ətrafında müzakirələr aparılmışdır.


Müzakirələr zamanı seminar iştirakçıları doktoranta mövzunun elmi akademik səviyyəsini artırmaq üçün daha müasir və yeni dövrün çağırışlarına cavab verən müəlliflərin elmi əsərlərindən istifadə etməyi, mövzunun əsasını təşkil edən “bullinq və mobinq” arasında vacib əlaqələrin və fərqlərin müəyyənləşdirilməsi üçün komporotivist (müqayisəli) metoddan və araşdırmalardan istafadə edilməsini tövsiyyə etdilər.