Dosent Günel Məliklinin “ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN PREZİDENTLİK İLLƏRİ. AZƏRBAYCAN ORDUSUNUN YENİ İNKİŞAF dövrü ” adlı məqaləsi nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin respublika elmi-praktik konfransın materialında “ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN PREZİDENTLİK İLLƏRİ. AZƏRBAYCAN ORDUSUNUN YENİ İNKİŞAF dövrü” məqaləsi nəşr olunub. Məqalədə Günel Məlikli hadisə və proseslərə tarixi baxışla yanaşı, dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil etdiyini bildirib. Gənc alim hər bir dövlətin qüdrətini və təhlükəsizliyin zəminini onun silahlı qüvvələri təşkil etdiyini və Cənab Ali Baş Komandan İlham Əliyevin prezidentlik illəri Azərbaycan Ordusunun inkişafının keyfiyyətcə yeni bir dövrünü təşkil etdiyini söyləyib. G. Məlikli bu dövr ərzində ordumuz istər təşkilati baxımdan, istər təchizat baxımından, istərsə də döyüş keyfiyyətləri baxımından tamamilə yeni bir səviyyəyə qalxdı və bölgənin ən güclü ordusuna çevrildiyindən bəhs edib.