Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirilib. İclasda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə, AMEA Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov, Aparat rəhbəri Əmirova Şəhla və institut əməkdaşları iştirak ediblər. İclası İnstitutun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova açaraq, son bir ildə təşkilatın gördüyü işlərdən danışıb və gələcək planlar barədə məlumat verib. A.Əhmədova uğurlarla bərabər qarşıya çıxan çətinliklərdən də söz açıb. Sonra çıxış üçün sözü Sənan Həsənova verib. S.Həsənov AMEA Azad Həmkarlar İttifaqına sədrlik etdiyi bir il ərzində görülən işlərdən, təşkil olunmuş tədbirlərdən, iş prosesində qarşıya çıxan çətinliklərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsindən bəhs edən Sənan Həsənov bu ildə də maraqlı tədbirlərin, müxtəlif görüşlərin olacağını diqqətə çatdırıb.Daha sonra Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d, professor İlham Məmmədzadə çıxış edərək Həmkarlar Təşkilatının iş kollektivlərində rolunun əhəmiyyətindən danışıb və görülən işləri müsbət qiymətləndirdiyini bildirib.Sonda İnstitut əməkdaşlarının irad və təklifləri dinlənilib, sualları cavablandırılıb.