Dosent Günel Məliklinin “Biz gənclər əldə etdiyimiz bütün uğurlara görə Ali Baş Komandana borcluyuq” məqaləsi nəşr olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetində “Biz gənclər əldə etdiyimiz bütün uğurlara görə Ali Baş Komandana borcluyuq” məqaləsi nəşr olunub.Məqalədə Günel Məlikli Azərbaycanda Gənclər Gününün təsis edilməsi, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edib. G. Məlikli Azərbaycan gənclərinin Prezident İlham Əliyevin liderliyinə və dövlətin inkişaf strategiyasına güvəndiyini vurğulayaraq, öz təşəkkürünü bildirib.