03.02.2025, 12:33 - Baxış sayı: 108

Dosent Günel Məlikli Azərbaycanda Gənclər Gününə həsr olunmuş  tədbirdə çıxış edib


 Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında “2 fevral Azərbaycanda Gənclər Günü”nə həsr olunmuş  tədbir keçirilib.

Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişafı naminə həyata keçirdiyi siyasətin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

G.Məlikli  Prezidentin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi istiqamətində strateji addım kimi qiymətləndirilib. Günel Məlikli bu qərarın hüquqi dövlət quruculuğuna və qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verəcəyini qeyd edib.


O, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsini Prezidentin növbəti uğuru kimi dəyərləndirərək, bu nailiyyətin ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət etdiyini bildirib. G.Məlikli gənc alim və vətəndaş kimi dövlət başçısının siyasətini dəstəklədiyini ifadə edib və Prezidentə fəaliyyətində uğurlar arzulayıb.

Sonda Günel Məlikli Azərbaycan gənclərinin Prezident İlham Əliyevin liderliyinə və dövlətin inkişaf strategiyasına güvəndiyini vurğulayaraq, öz təşəkkürünü bildirib.

Çıxışında akademik İsa Həbibbəylinin Azərbaycanı ləyaqətlə təmsil edən bir ictimai xadim, görkəmli elm adamı kimi gənclərə qayğısından bəhs edib.