PREZİDENT İLHAM ƏLİYEV – MİLLİ DİRÇƏLİŞ FƏLSƏFƏSİ
Günel Məlikli
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Ərəb filosoflarından əl-Fərabinin fikrinə görə, dövlət ali sinfə mənsub adamların vasitəsilə yaranır. Hər bir dövlətin keçdiyi inkişaf yolunu, siyasi-ictimai, elmi-mədəni fəaliyyətini müəyyən edən milli inkişaf sistemi və bu sistemin qurulması üçün görüləcək işlərin xarakterini və ardıcıllığını müəyyən edən milli inkişaf strategiyası vardır. Dünyada baş verən siyasi proseslərin formaca mürəkkəb və məzmunca ziddiyyətli olduğu bir dövrdə həyata keçirilən siyasətin səciyyəvi xüsusiyyətləri çox mühüm nəzəri, eyni zamanda praktik əhəmiyyətə malikdir. Bu baxımdan Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının araşdırılması elmi-praktik baxımdan zəruridir. Zaman ötdükcə ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur.
Ulu öndər Heydər Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, insanların, xüsusilə gənc nəslin yüksək ideyalarla yaşayan vətəndaşlar kimi formalaşması istiqamətində böyük işlər görmüşdür. Bu işlər sayəsində gənclərin səfərbəredici gücü, imkanları daim artacaq, hərtərəfli inkişafa səbəb olacaqdır.
Heydər Əliyevin dövlətçilik təcrübəsi və mənəvi irsi, həqiqətən, tükənməz bir xəzinədir.
Ulu öndər Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxararaq ona həm bölgədə, həm də dünyada layiqli yer qazan-dırmışdır. Çağdaş Azərbaycandadövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Yaponiyada imperatorun, Cənubi Koreyada general Pak Çonxinin, Tayvanda Çan Kayşinin, Sinqapurda Li Kvan Yunun öz xalqlarının həyatında oynadığı misilsiz rolu Azərbaycanda dirçəlişin, inkişafın banisi Heydər Əliyev oynamışdır.
Azərbaycan elminin inkişafı məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi elm sahəsində də aparılan uğurlu islahatlar sayəsində Azərbaycanın elmi böyük yüksəliş dövrü yaşayaraq inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin böyük tarixi xidmətlərindən biri də latın qrafikasının bərpa edilməsi idi.
Ümummilli lider Heydər Əliyev – Milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Nobel mükafatı laureatı Henrix Vilandın deyirdi ki, dahilər heç bir işi yarımçıq qoymurlar. Ulu öndər Heydər Əliyev də atdığı addımları yarımçıq qoymadı. Azərbaycanı yeni inkişaf yoluna çıxaran
Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasına səbəb olan səriştəli siyasi rəhbər, təcrübəli diplomat prezident İlham Əliyevin Beynəlxalq münasibətlərin bütün sirlərinə məhz gənc yaşdan yiyələnməsi onun dahi bir şəxsiyyət olmasına zəmin yaradırdı. Məhz gənc yaşlarında yiyələndiyi diplomatiyanın bütün sirlərindən məharətlə istifadə edən siyasi xadim beynəlxalq arenada Azərbaycanın maraq və mənafelərini qorumuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm öz ölkəsində, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. Zaman keçəcək, gələcək nəsillər Ali Baş Komandan, Prezident İlham Əliyevin Böyük Qələbəyə doğru aparan yolda nümayiş etdiridiyi fədakarlığı, xalqın, dövlətin mənafeyi naminə atdığı addımları dərindən təhlil edəcək, onun liderliyi ilə keçilən yolun hər addımından qürur duyacaqdır. Ən əsası, Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirmək strategiyası və bacarığı gənc nəsil və gələcək nəsillər üçün nümunə olub və olacaqdır, Azərbaycan Respublikası onun titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.