“İlham Əliyev: qurucu liderlik kursu” mövzusunda Dəyirmi Masa keçirilib
24 dekabr tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “İlham Əliyev: qurucu liderlik kursu” mövzusunda Dəyirmi Masa keçirilib.Tədbiri İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə giriş sözü ilə açaraq, Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü olduğunu vurğulayaraq, onu bu gün münasibətilə təbrik edir, möhkəm can sağlığı, dövləti fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Azərbaycanda yeni dövrün liderlik nümunələrini və qələbənin yeni düzənini təhlil edib. Bu məqsədlə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlərini ümumiləşdirərək, onlara müasir fəlsəfi-elmi idrak kontekstində yanaşıb. İ. Məmmədzadə Azərbaycanda gedən islahatların çoxtərəfli istiqamətlərinə nəzər salaraq, dövlətçilik konsepsiyasının müasir Azərbaycanın yüksəlişinə verdiyi töhfələrdən danışıb, yeni mərhələnin reallıqlarında alimlərin roluna diqqət çəkib. İlham Məmmədzadə Prezident İlham Əliyevin hazırkı qlobal siyasi vəziyyətdə Azərbaycanın maraqlarını beynəlxalq aləmdə uğurla həyata keçirdiyini, liderlik məharəti ilə bütün dünya azərbaycanlılarının lideri statusunu qazandığını, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib. Onun siyasi iradəsi ilə türk dünyasının tarixində yeni mərhələnin başladığını, bu istiqamətdə əldə edilən tarixi uğurları diqqətə çatdırıb.“İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri , f.e.d. Füzuli Qurbanov Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin müasir dünyanın sülh və inkişaf konsepsiyasındakı elmi əsaslarını şərh edib. Füzuli Qurbanov “Dəmir yumruq” formulda, onun məntiqi çərçivəsində fəlsəfi-siyasi məsələləri təhlil edərək, Azərbaycanın milli, demokratik, müstəqil dövlətçiliyinin liderlik xarakteristikasını, şüurun təcrübəsini müqayisəli şərh etdi. F. Qurbanov İlham Əliyevin yeni liderliyində azərbaycançılıq və multikulturalizmin ölkədaxili mühitdə birliyi və qlobal miqyasda azərbaycanlıların həmrəyliyinə nail olmaq istiqamətlərində atdığı addımlar xüsusi yer tutur. Azərbaycançılıqla multikulturalizmi real ortaq sahəyə gətirən başlıca faktor Azərbaycanın güclü dövlət olmasıdır. Güclü dövlət də güclü və monolit toplumun formalaşmasında həlledici rol oynayır. Bu mənada daxili birlik güclü dövlət olmaqdan birbaşa asılıdır. Güclü dövlət həm nüfuz imkanlarına malik olur, həm də bu imkanları reallaşdırmanın praktiki təşkilini həyata keçirə bilir-deyə qeyd etdi.Tədbirdə YAP institut üzrə Ərazi Partiya Təşkilatının sədri, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, professor Əbülhəsən Abbasov, institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, Kamran Məmmədov və başqaları çıxış etmiş, tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.