19.12.2024, 11:17 - Baxış sayı: 148

DOSENT GÜNEL MƏLİKLİ RUSİYA ELMLƏR AKADEMİYASININ FƏLSƏFƏ İNSTİTUTUNDA ELMİ TƏDQİQAT, TƏCRÜBƏ KEÇİB


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda elmi tədqiqat, təcrübə keçib. Günel Məlikli tədqiqat  ərzində yüksək elmi potensialı ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verə biləcək gənc alim olaraq, respublikada, eləcə də xaricdə nüfüzlü elmi məcmuələrdə dərc etdirdiyi məqalələri ilə alimləri, doktorantları tanış etdi. G.Məlikli elmimizin tanıdılması baxımından çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti  Vladimir Putin arasında dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi üçün səyləri qeyd edərək, birgə layihələr və həm siyasi, həm də mədəni əlaqələrin inkişaf perspektivləri barədə İnstitutun alimlərinə mühazirə söyləyib.