17.12.2024, 13:27 - Baxış sayı: 24

Dosent Zeynəddin Şabanov “Gender bərabərliyi:plan yaxud olan” mövzusunda çıxış etmişdir


Azərbaycan Texniki Universitetinin sabah kurslarında “Gender əsaslı zorakılığın aradan qaldırılmasında  beynəlxalq Fəallıq Kampaniyası” çərçivəsində   elmi seminar keçirilmişdir. AMEA Fəlsəfə və  Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Gender bərabərliyi:plan, yaxud olan” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə kampaniyanın mahiyyəti izah edilmiş, de-yure və de-fakto gender bərabərliyi məsələsinə aydınlıq gətirilmişdir. Z.Şabanov matriarxat, patriarxat və biarxatın özünəməxsus keyfiyyətlərindən  məlumat vermiş, zorakılıq və onun növləri barəsində danışmışdır. Bildirilmişdir ki, qadınlara qarşı ayrı-seçkilik və zorakılıq hallarının aradan qaldırılması haqqında bir sıra beynəlxalq sənədlər qəbul olunmuş, Azərbaycanda da müvafiq qanunlar qüvvədədir və bəzi qanunvericilik aktlarına beynəlxalq standartlara uyğun olaraq əlavə və dəyişikliklər edilmişdir. Məruzəçi son illərdə zorakılığa qarşı mübarizədə dövlət qurumlarının fəaliyyəti, ictimaiyyətin bu qurumları dəstəkləməsi, qeyri-hökumət təşkilatlarının maarifçilik işlərindən danışmış, təbliğatın genişlənməsinin əhəmiyyətini vurğulamış, gender mədəniyyətinin geniş yayılmasının zəruriliyini bildirmişdir. Sonda tələbələrin sualları cavablandırılmış, xatirə şəkilləri çəkilmişdir.