AMEA Azad Həmkarlar İttifaqının sədri,s.e.ü.f.d.,dosent Sənan Həsənov “ARB 24” kanalının “İş vaxtı” verilişinin qonağı olub
Verilişdə Azərbaycanla İran arasında olan görüşə münasibət bildirən Sənan Həsənov bildirmişdir ki, regionda baş verən hadisələrdə düzgün qərar qəbul etməkdə siyasi liderin iradəsi mühüm rol oynayır. Bunu öz dövlət başçımızın timsalında görürük. Bu proseslərdə Vətən müharibəsindən sonra da belə məlum oldu ki, Azərbaycan regionda yalnız sülh istəyir. Zəngəzur məsələsinin həlli üçün bizim müharibə zamanı Ermənistanla bağlanmış Bəyanatımız var və həmin Bəyanatın 4 və 9-cu maddələri mütləqdir ki, icra edilsin. Bu bəyanatı imzalayan tərəflər öz öhdəliklərini mütləq şəkildə yerinə yetirməlidirlər. Regionda sülhün təmin olunması bilavasitə Zəngəzur dəhlizinin açılması ilə bağlı olduğuna görə düşünürəm ki, Zəngəzur dəhlizinin açılmaması mümkün deyil. Yaxın Şərqdə və Suriyada hazırda baş verən ixtişaşlara münasibət bildirən Sənan Həsənov qeyd etmişdir ki, müdrik siyasətin və müdrik siyasi liderliyin olmaması bu ölkələrdə ixtişaşlara səbəb olur. Belə bir şəraitdə Qərblə Rusiya arasında balanslı siyasətin olmaması Yaxın Şərqdə sonu görünməyən fəlakətə səbəb olur və olacaq. Qərbdə buna maraqlı olan mövqelər mövcud vəziyyətdən istifadə edərək bu məsələlərə təsir göstərir.
[media=https://www.youtube.com/live/DI--8uAce0g]
[media=https://www.youtube.com/live/DI--8uAce0g]