“Azərbaycan filosof və mütəfəkkirlərinin orta əsrlərdə Cənubi-Şərqi Asiya ölkələri ilə əlaqələri” mövzusunda elmi seminar keçirilib
9 dekabr tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda YUNESKO –nun təsis etdiyi Ümumdünya “Fəlsəfə günü” çərcivəsində “Azərbaycan filosof və mütəfəkkirlərinin orta əsrlərdə Cənubi-Şərqi Asiya ölkələri ilə əlaqələri” mövzusunda elmi seminar keçirilib.Seminarı Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq tədbir iştirakşılarını salamladı. Sonra tədbirin mahiyyətini, bütün xalqların əlaqələrini təhlil edərək, müasir dövrdə Azərbaycanın Cənubi - Şərqi Asiya ölkələri ilə mədəni münasibətlərindən bu ölkələrin dünya siyasətində və mədəniyyətində artan rolundan, hal-hazırda Azərbaycanın Mərkəzi və Cənubi-Şərqi Asiya, ölkələri ilə mədəni əlaqələrin qurulması sahəsində əməli addımlarından söz açıb.Sonra institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, Azərbaycanın Şərq ölkələrilə elmi, ədəbi, mədəni əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyindən danışıbEynulla Mədətli çıxışında “Biz bu gün Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi bir ailə hesab etdiyimiz türk dünyasının elmi, fəlsəfi, ədəbi, əqli, incəsənət sahələrindəki mütəfəkkirlərinin vaxtilə qoyduğu ənənəni yada salmalı və davam etdirməliyik”- deyə qeyd edib. Azərbaycanın filosof mütəfəkirlərinin orta əslərdə Şərqi Asiya ölkələrilə mədəni münasibətlərini, ictimai, sosial və mədəni əlaqələr kontekstindən, tarixilik və müasirlik baxımından hərtərəfli təhlil edərək, sufizmin Şərqdə yayılmasında Azərbaycan ədiblərinin müstəsna rolu olduğunu vurğulayıb. Həmçinin, o dövrün bir sıra alim və mütəfəkkirlərinin həyat və yaradıcılığına nəzər yetirərək, onların Azərbaycan ədəbiyyatındakı rolunu ətraflı təhlil edib, Böyük Muğal sarayında ümumən Hindistanda və Əfqanıstanda uzun müddətli səfərlərdə olan şair və filosoflardan bəhs edib. Seminarda f.e.d., Füzuli Qrubanov, f.ü.f.d., dosent Şölət Zeynalov mövzu ilə əlaqədar çıxış ediblər. Sonda seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.