“Nəsirəddin Tusi və fəlsəfənin ekoloji problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə “Nəsirəddin Tusi və fəlsəfənin ekoloji problemləri” mövzusunda beynəlxalq tədbiri açaraq ensiklopedik alim Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair qiymətli əsərləri ilə elm və mədəniyyət tarixində özünəməxsus mövqe qazanmış dahi şəxsiyyət olduğunu vurğuladı. Daha sonra alimin çıxışında müasir dövrdə ekoloji şüurda yaşıl enerjidən istifadənin vacibliyi ideyasının getdikcə mühüm yer tutmasının bir çox səbəbləri olduğunu, yaşıl enerjidən istifadənin iqlim dəyişikliyini dayandırmağa, qlobal istiləşmənin qarşısını almağa kömək etdiyini söyləyib. Professor qeyd edib ki, dünyanın əsas enerji ixracatçılarından biri olan Azərbaycanda da yaşıl enerji amilinə geniş meydan verilir. Həmçinin vurğulayıb ki, yaşıl enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır və bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. Ekoloji problemlər, fəlsəfi ekologiya, milli ideya, süni intellekt və yaddaş məsələlərini geniş şəkildə təhlil edən alim vurğulayıb ki, ənənəvi enerji mənbələrindən yaşıl enerji daşıyıcılarına keçid, eləcə də texnoloji infrastrukturun modernləşdirilməsi bərpaolunan enerji mənbələrindən geniş istifadəyə münbit zəmin yaradır. Sonra Prof., Heydər İmanov (RF, Sankt-Peterburq) "Bəşəriyyətin noosfer gələcəyi", f.ü.f.d., dosent Aytək Məmmədova “Nəsrəddin Tusi və onun dünyagörüşü haqqında”, (Ukrayna, Xarkov) Zobov Mark “Ahəngdar cəmiyyət - cəmiyyətin inkişafının ali məqsədi” sos.e.d., prof., Patruşev Vladimir (RF, Moskva) “"Neosfer planet” layihəsində Azərbaycan qlobal idarəetmənin yeni modelinin mənbə və gücü kimi”, f.e.d., (RF İvanovo) Şelkoplyas Yevqeniy “ Noosfer xolizm konsepsiyası və “Noosfer planet” layihəsinin reallaşdırılması perspektivləri. Yaşıl energetika”dan inkişafın tamlıq ahəngi”nə dair, f.ü.f.d. dosent Anar Qafarov “Nəsrəddin Tusinin fəlsəfəsində vicdan məfhumunun yeri: əxlaqın mənbəyi kimi”, f.ü.f.d faiq Ələkbərli “Nəsrəddin Tusinin “Əxlaqi-fəlsəfi görüşləri”, professor Əbülhəsən Abbasov , f.ü.f.d., dosent İradə Zərqanayeva və başqaları məruzə ilə çıxış etdilər.